Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Fransada prezident seçkilərində Rusiya izi –“WikiLeaks”-dən şok açıqlama

 

e-mmanue-l-makron

“WikiLeaks” saytı Fransa prezidenti postuna namizəd Emmanuel Makronun seçki qərargahının konfidensial yazışmalarının sızmasında doqquz dəfə Rusiya şirkətinin əməkdaşının adının hallandığını bəyan edib.

Yenixeber.org: “Gazeta.ru”ya istinadən xəbərə görə, bu barədə “WikiLeaks”-in “Tvitter”-dəki səhifəsində dərc edilmiş məlumatda bildirilir.

“Sızan “xls_cendric.rar” arxivi üzrə məlumat bazasında Rusiya hökumətinin podratçı “Evrika” şirkətinin əməkdaşının adı 9 dəfə hallanır”, – deyə açıqlamada qeyd olunur. “WikiLeaks” müxtəlif tarixlərin qeyd olunduğu cədvəlin görüntüsünü də dərc edib. Həmin cədvəldə Roşka Georgi Petroviç adı 9 yerdə hallanır.

“WikiLeaks”in digər məlumatında isə yuxarıda qeyd olunan “Evrika” şirkətinin Rusiya Federal Təhlükəsizlik Xidməti ilə əlaqəli olduğu qeyd olunub.

Bundan əvvəl “WikiLeaks” Fransa prezidenti postuna namizəd Emmanuel Makronun seçki qərargahının konfidensial yazışmalarının sızması barədə məlumat yayıb.

Qeyd edək ki, Makronun komandası bir neçə gün əvvəl qərargahın elektron poçtunun haker hücumuna məruz qaldığını bəyan etmişdi. Nəticədə seçki qərargahına məxsus konfidensial informasiyaların sızması baş vermişdi.

c-litovw0aapkyp-1

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam