Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Batan milyonların izi kinoya qədər gedib çıxdı -"Beynəlxalq Bank işi"

 

Rusiyanın “Non-Stop Production” kino şirkətinin yeni səhmdarı meydana çıxıb. Bu, Lüksemburqda qeydiyyatdan keçmiş “Excalibur” offşor şirkətidir.

Xeberinfo.com:   “Kommersant”a istinadən xəbərə görə, prodüser Aleksandr Rodnyanskiyə məxsus olan kino şirkətinin səhmlərinin 49 faizini əldə edən “Excalibur”  Azərbaycanın “Aqrarkredit” bankının törəmə şirkətidir. “Aqrarkredit” Azərbaycan Beynəlxalq Bankının problemli kreditlərini idarə edir. Onun Lüksemburqda təsis etdiyi offşor şirkət isə Rusiya kino şirkətinin səhmlərinin 49 faizini Cahangir Hacıyevin idarəçiliyi dövründə ayrılmış kreditə görə alıb.

Bildirilir ki, “Aqrarkredit” Rusiyanın “Vertikal Kapital” şirkəti ilə anlaşaraq Rodnyanskinin şirkətinin səhmlərinin kredit borcuna görə alınması barədə iddia qaldırıb. Rodyanskinin “A-Company Distributsiya” və “Aleksandr Rodnyanskiy Films Ltd” şirkətləri “Aqrarkredit” qarşısında 4 milyon dollar və 290 milyon rubl borc öhdəliklərinə malikdir. Bu şirkətlər vaxtilə “MBA-Moskva” tərəfindən ayrılmış krediti geri ödəyə bilməyiblər.

“Excalibur” şirkətinin investisiya partnyoru olan AR Films şirkətinin rəhbəri Fyodor Petrov deyib ki, şirkətin “MBA-Moskva” qarşısında ümumi məbləği 4 milyon dollara qədər olan bir neçə kredit müqaviləsi üzrə öhdəlikləri var. Lakin şirkətin səhmlərinin 49 faizini borca görə verməsi ona məlum deyil. “Vertikal Kapital” d bu barədə məlumatlı olmadığını açıqlayıb. 

Rusiya Mədəniyyət Nazirliyinin məlumatına görə “Non-Stop Production” şirkəti “Stalinqrad”, “Dyatlov aşırımının sirri”, habelə qalmaqallı “Leviafan” filminin istehsalçısıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam