Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Türkiyə ABŞ-a nota verdi

Yenixeber.org:   Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb:

“Cənab prezidentimizin ötən həftə baş tutmuş ABŞ səfəri vaxtı Səfirlik binasının qarşısında ABŞ təhlükəsizlik qüvvələri əməkdaşlarının prezidentin cangüdənlərinə qarşı nümayiş etdirdiyi diplomatik qaydalara və protokola zid, peşəkarlıqdan uzaq və aqressiv hərəkətlərə etiraz edilib. Bu məqsədlə ABŞ-ın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə dəvət edilib, bu etiraz şifahi və yazılı olaraq ona bildirilib, rəsmi Vaşinqtondan bu hadisənin araşdırılması və bizə bu barədə açıqlama verməsi tələb edilib.” – deyə XİN-in bəyanatında qeyd edilib.

Xatırladaq ki, mayın 17-də Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri zamanı bu ölkənin Vaşinqtondakı səfirliyinin önündə prezidentin cangüdənləri ilə PKK terrorçuları arasında insident baş vermişdi. Yaralanma hallarının da yaşandığı insidentə amerikalı təhlükəsizlik qüvvələri əməkdaşları kənardan sadəcə tamaşa etmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam