Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

"Türkiyə səfiri ABŞ-dan qovulsun!" -Senatordan şok tələb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ səfəri zamanı, ona etiraz edən PKK tərəfdarlarının türk mühafizəçilər tərəfindən döyülməsinə respublikaçı senator Con Makkeyn və bəzi digər senatorlar sərt reaksiya göstəriblər.

Yenixeber.org:  Vaşinqtondakı Türkiyə səfirliyi qarşısında baş verənlərə münasibət bildirən Makkeyn, səfirin dərhal qovulmasını tələb edib: "Bura Amerikadır. Üçüncü sinif ölkə deyil. Ərdoğanın mühafizəçilərinin elədikləri qəbuledilməzdir".

"Türkiyənin ölkəmizdəki səfiri dərhal qovulmalıdır. Bu özbaşınalığa diplomatik cavab verilməlidir" — deyən senator, həmçinin əlavə edib ki, hadisə ilə bağlı hüquqi tədbirlər də görülməlidir. Xatırladaq ki, Türkiyənin dövlət başçısı Rəcəp Tayyip Ərdoğanın Vaşinqtona səfəri zamanı, PKK terror təşkilatının tərəfdarları, prezident əleyhinə şüarlar səsləndirərək, onu "uşaq qatili" adlandırıblar. PKK-çıların Ərdoğana yaxınlaşdığını görən mühafizəçilər, əks hücuma keçərək etirazçıları döyüblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam