Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Xalça muzeyində qalmaqal:Rəhbərlər arasında münaqişə

 

Xalça muzeyində qalmaqal: rəhbərlər arasında münaqişə yarandı

 

Xalça Muzeyinin keçmiş rəhbəri Röya Tağıyeva ilə yeni rəhbərlik arasında münaqişə yaranıb.

Yenixeber.org:   Report-a istinadən xəbərə görə, muzeydən KİV-ə Röya Tağıyevadan Xalça Muzeyi ilə bağlı gələn yazıları qəbul etməmələri barədə xəbərdarlıq olunub.

Muzeyin keçmiş rəhbəri məsələyə münasibət bildirərək deyib ki, o, heç bir KİV-ə məqalə üçün müraciət etməyib və bu xəbərdarlığın nə məqsəd daşıdığını anlamır:

"Bu gün muzeyin təşkil olunmasının 50 illiyidir və muzeydəkilərin bundan xəbəri yoxdur. Mən 49 il Xalça Muzeyində işləmişəm. Bu gün muzeyin yaranmasının 50 illiyidir və mən bununla bağlı müsahibə vermişəm. Onlar isə məndən heç bir söz soruşmadan mənim barəmdə KİV-ə xəbərdarlıq yollayıblar."

O əlavə edib ki, indiki rəhbərlər nə onu muzeyə dəvət edirlər, nə də hesablaşırlar:

"Onlar elə bilirlər ki, yeni direktor gəlibsə köhnələri olmayıb. Axı nəyə görə? Baxın müsahibəmə mən ilk direktorun şəklini vermişəm. Olmaz axı, mən gəlim və özümdən əvvəlkiləri saymayım".

Xalça Muzeyinin mətbuat katibi Sadiqə Abdullayeva isə məlumatı təkzib edib:

"Tamamilə yanlış məlumatdır. Mətn səhvən KİV-ə yollanılıb. Bu, təxribat məqsədi ilə edilib".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam