Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Vergi borcu olan “R.V. Yol İnşaat” MMC Bakı meriyasının 6 milyonluq tenderini udub

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin keçirdiyi tender müsabiqələrinin qalibi “R.V. Yol İnşaat” MMC olub.
Yenixeber.org: Bakı meriyası paytaxt ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınmasına görə “R.V. Yol İnşaat” MMC-yə 6 milyon 14 min 521 manat 25 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, 20 manat nizamnamə kapitalı olan “R.V. Yol İnşaat” MMC-nin qanuni təmsilçisi Bəndəliyev Zülfəli İsrafil oğludur. Şirkət 7 yanvar 2009-cu ildə dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, 6 milyonluq tenderin qalibi olan “R.V. Yol İnşaat” MMC-nin ötən günə olan tarixə görə 8 min 78 manat 34 qəpik vergi borcu var.
Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.(yeniavaz)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam