Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

"Darvaz Residence-1" Sabunçuda qanunsuz bina tikintisi ilə sakinləri ayağa qaldırdı -Adil Vəliyev xəbərdardır? (VIDEO)

Sabunçu rayonunda sakinlər yaşadıqları ərazidə hündürmərtəbəli bina tikmək istənilməsinə etiraz edirlər. 
Yenixeber.org: Redaksiyamıza müraciət edən Bakıxanov qəsəbəsi, Novruz Novruzov küçəsində yaşayan sakinlərin sözlərinə görə, sözügedən ərazi onların maşın saxladığı, uşaqların oynadığı və xeyir-şər olarsa palatka qura biləcəyi sahədir.
Sakinlərin iddiasına görə,"Darvaz Residence-1" həmin ərazidə hündürmərtəbəli bina tikmək niyyətindədir. Videoda da göründüyü kimi, yeni bina yaxınlıqda yaşayan evlərin bir neçə metrliyində tikiləcək və bu, onların həyatını riskə atır. Sakinlər bildirir ki, tikinti illərlə davam edə bilər, gecələr əraziyə tikinti materialları gətirilir, maşınlar saxlanılır və onlar gecə növbə çəkərək ərazini qorumağa çalışırlar.
Tikintini aparmaq istəyən şəxsin Namazov Faiq Hacımirzalı oğlu olduğu iddia edilir. Sakinlər qeyd edirlər ki, o, Bakı Dövlət Universitetində müəllim işləyir. Onlar müvafiq qurumlardan məsələyə dərhal müdaxilə etmələrini xahış edirlər.
Qeyd edək ki, media materiallarına əsasən, Sabunçu rayonunda illərdir qanunsuz tikililərlə bağlı müxtəlif reportajlara rast gəlmək mümkündür. Rayonun icra başçısı 10 ildən artıqdır ki, Adil Vəliyevdir.(Azerbaycanreallığı)
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam