Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Qızıl əşyaları alınarkən brilyant qaşlar niyə geri qaytarılır?- VİDEO

Qızıl əşyaları alınarkən brilyant qaşlar niyə geri qaytarılır?

 

 

Zərgərlər və alverçilər işlənmiş qızıl-zinət əşyalarını müştəridən aldıqda əksər hallarda brilyant qaşları çıxarıb geri qaytarırlar. Yəni onu almaqdan imtina edirlər. Onlar bunu işlənmiş qaşın satışa yararlı olmaması ilə əlaqələndirirlər

 

Yenixeber.org: Qızılın qiyməti hesablanaraq alınır, brilyant qaşlar isə sökülərək geri qaytarılır.
Zərgərlər və qızıl alverçiləri zinət əşyalarını alarkən bir çox hallarda yalnız qızıl hissəsini qəbul edirlər. Brilyant və digər bahalı qaşları isə sökərək geri qaytarırlar. Halbuki zinət əşyası satılarkən brilyant qaşlı məmulatlar qaşsızlardan xeyli baha olur. Vətəndaşlar deyirlər ki, əksər hallarda qaşın qaytarılmasına görə heç bir ciddi səbəb göstərilmir. Bəzi zərgərlər isə müxtəlif səbəblər göstərirlər. Hətta həmin qaşların təmiz brilyant olmadığını deyənlər də olub.
Belə iddialar da var ki, satışda olan bəzi brilyantlar bütöv qaş deyil, brilyant tozunun kristallaşmış formasıdır. Ancaq zərgərlər bu iddianı qəbul etməyərək deyirlər ki, üzük qaşlarını əksər hallarda zədəli, yəni satış üçün yararsız olduğu üçün qəbul etmirlər.
Maliyyə Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanuna əsasən, Nazirliyin Qiymətli Metallara və Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən planlı və plandankənar yoxlamaların aparılması 2021-ci il yanvarın 1-dək dayandırılıb. Bu səbəbdən də hazırda zərgərlik və digər məişət məmulatlarının əyar göstəricilərinin düzgünlüyü ilə bağlı heç bir yoxlama aparılmır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam