Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Zaqatalada oğurladığı qızıl-zinət əşyalarını ölkədən çıxarmaq istəyən gənc tutuldu– FOTO

Zaqatalada oğurladığı qızıl-zinət əşyalarını ölkədən çıxarmaq istəyən gənc tutuldu

 

Zaqatalada həmkəndlisinin evindən külli miqdarda qızıl-zinət əşyalarını oğurlayaraq ölkəni tərk etmək istəyən 21 yaşlı oğlan tutulub

 

Yenixeber.org: DİN-in mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 24-də rayonun Aşağı Tala kənd sakini Asif Hacıyev Zaqatala Rayon Polis Şöbəsinə müraciət edərək, evindən qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Asif Hacıyevin evindən oğruluq edənin kənd sakini, 1996-cı il təvəllüdlü Elxan Tehran oğlu Canımov olduğu məlum olub. Müəyyən edilib ki, Elxan Canımov evin pəncərəsindən girməklə mənzildən dəyəri 10 min manat olan ümumilikdə 12 ədəd müxtəlif qızıl-zinət əşyasını oğurlayıb.

“İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Elxan Canımov Balakən rayonunun Mazımçay sərhəd keçid məntəqəsini keçmək istəyərkən saxlanılaraq Zaqatala RPŞ-yə gətirilib. Elxan Canımovun  üzərinə baxış zamanı oğurladığı  qızıl-zinət əşyaları polis əməkdaşları tərəfindən götürülərək, maddi sübut kimi istintaq verilib. Elxan Canımovun ətrafında aparılan əməliyyat tədbirləri zamanı onun həmin kənddə daha 2 evdən də qızıl-zinət əşyaları oğurlaması müəyyənləşib.

Faktla bağlı  Zaqatala RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam