Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Ən ağır xərçəngə qalib gəlmək mümkün oldu

 Ən ağır formalı xərçəngdən əziyyət çəkən üç pasiyent eksperimental adoptiv terapiyanın sayəsində tam sağalıb

Yenixeber.org: Bu haqda "Science Alert" jurnalında məqalə dərc olunub.
Eksperimental terapiyaya əsasən xəstələrin orqanizminə infiltrasiyalı limfositlərin şişi yeridilib.
Tədqiqatda hər bir xəstədən bədxassəli şişin nümunələri götürülüb. Həmin şişin genomu yəni bütün DNT-nin nukleotid ardıcıllığı təhlil olunub.  Bu spesifik bədxassəli hüceyrə markerlərinin peyda olmasına gətirib çıxaran mutasiyaları müəyyən etməyə imkan verib.
Alimlər eyni zamanda xərçəngin toxumalarından infiltrasiyalı limfositləri xaric edib və hansı immun hüceyrələrin markerləri tanıya bildiyini müəyyənləşdirib.  Lazımi limfositlər çoxaldılaraq yenidən xəstənin orqanizminə qaytarılıb.
Metaztazlı döş xərçəngindən əziyyət çəkən Cudi Perkinsin şişlərindən birinin DNT-də 62 mutasiya aşkarlanıb və  TIL-hüceyrələrdən bəziləri onlardan dördünü hədəfə ala bilib.
Qadın əvvəl standart kimya terapiyasından keçib, ardınca isə orqanizminə həmin markerlər üçün spesifik olan limfositlər daxil edilib. Beş aydan sonra aparılan MRT müayinəsi qadında xərçəngin tam reqresiyyasının baş verdiyini, yəni qadının tamamilə xərçəngdən azad olduğunu ortaya çıxarıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam