Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Türkiyə XİN “erməni soyqırımı” ilə bağlı qətnaməni pisləyib

 

Türkiyə Xarici İşlər Nazirliyi Belçika parlamentinin Nümayəndələr Palatasının “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnaməni pisləyib.
"Xeberinfo.com":   APA-nın məlumatına görə, rəsmi Ankara belçikalı deputatlara digər problemlərlə məşğul olmağı məsləhət görüb.
“Bu qərar tarixi faktları təhrif edir və qanuna məhəl qoymur, habelə Belçika-Türkiyə münasibətlərinə dərin təsir göstərir”, – deyə bəyanatda vurğulanıb.
Bəyanatda həmçinin qeyd edilib ki, Avropanın çətin vaxtlarında Belçika parlamentariləri ölkə vətəndaşlarının rifahını düşünmək əvəzinə Türkiyə-Belçika münasibətlərinə yad olan məsələ üçün çalışırlar.
“Bu cür qərarlar erməni-türk barışığı üçün də xidmət etmir”, – deyə bəyanatda qeyd edilib.
Xatıraldaq ki, Belçika parlamentinin Nümayəndələr Palatası dünən “erməni soyqırımı”na dair qətnamə qəbul edib. Səsvermə zamanı 124 deputat sənədin lehinə səs verib, 8 deputat bitərəf qalıb, əleyhinə isə səs verən olmayıb.
Əlavə edək ki, Belçika Senatı uydurma “erməni soyqırımı”nı 1998-ci ildə tanıyıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam