Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Almaniya Ukraynaya 2,7 milyard avroluq hərbi texnika göndərəcək

Almaniya yaxın aylarda Ukraynaya növbəti hərbi texnika partiyasını tədarük etmək niyyətindədir.

Yenixeber.org: Hərbi yardım paketi 2,7 milyard avro həcmində qiymətləndirilir.

Hərbi texnika yaxın həftələr və aylarda Ukraynaya çatdırılacaq. Paketə 20 ədəd “Marder” piyadaların döyüş maşını, 30 ədəd “Leopard 1” tankı, 18 ədəd təkərli haubitsa, 4 ədəd “IRIS-T-SLM” hava hücumundan müdafiə sistemi, 12 ədəd IRIS -T-SLS” atəş qurğusu, bu sistem üçün yüzlərlə idarəolunan raketlər, 200 ədəd kəşfiyyat PUA-sı, 100 ədəd zirehli döyüş maşını və 100-dən çox yük avtomobili daxildir.

Nəşrin məlumatına görə, yeni hərbi yardım paketi bazar günü, Ukrayna Prezidenti Volodimir Zelenskiyə Axen şəhərində Böyük Karl adına mükafatın təqdim edilməsi ilə paralel elan olunacaq.

Qeyd edək ki, Almaniya hökuməti 2023-cü ilin birinci rübündə Ukraynaya 497 milyon avro həcmində hərbi yardımın tədarükünü təsdiqləyib. Yanvarın 25-də Berlin Kiyevə 14 ədəd “Leopard 2” tankı göndərəcəyini və başqa ölkələrə də buna icazə verdiyini bildirib. Fevralın 7-də Almaniyanın Nazirlər Kabineti Kiyevə 178 ədəd “Leopard 1A5” tankı veriləcəyini elan edib. Fevralın 24-də isə Bundestaq öz ehtiyatından daha dörd ədəd texnikanı Ukraynaya göndərəcəyini açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam