Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

CBC telekanalı Fransanın Əlcəzairdəki nüvə sınaqlarından bəhs edən sənədli film hazırlayıb-VİDEO

CBC telekanalı Fransanın Əlcəzairin Reqqan şəhərində törətdiyi cinayətlərdən bəhs edən sənədli film hazırlayıb.

Yenixeber.org: Reqqan şəhərinin sakinlərindən biri olan Ballali Abdülkərim Benalinin atası Fransa hərbi bazasında işləyərkən məxfi sənədləri oğurlayıb. Bu sənədlərdə digər məsələlərlə yanaşı, fransalı hərbçilərin insanlar və heyvanlar üzərində nüvə sınaqları keçirməsi faktları da yer alıb.

“Atam fransızların Əlcəzair müqavimət döyüşçülərinə necə işgəncə verməsi və onların üzərində sanki siçovullar kimi necə təcrübələr aparması barədə danışırdı. Atamda hətta bəzi fransız əsgərlərinin fotoşəkilləri belə var idi, lakin sonradan onlar məhv edildi”, - o qeyd edib.

1960-1966-cı illərdə Fransa Reqqan şəhərində azı 17 nüvə sınağı keçirib. Nəticədə yerli əhalinin sağlamlığına ciddi ziyan dəyib, burada onkoloji xəstəliklərin sayı kəskin artıb.

Sənədli filmdə bu nüvə sınaqlarının nəticələrindən hələ də əziyyət çəkən və rəsmi Parisdən təzminat tələb edən şəhər sakinləri ilə müsahibələr yer alıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam