Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Rusiya Qarabağa sülhməramlı qoşun yeritməyə hazırlaşır - ŞOK

Rusiya Qarabağa sülhməramlı qoşun yeritməyə hazırlaşır
Rusiyanın başçılığı altında yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Dağlıq Qarabağa qoşun yeritməyə hazırlaşır.

"Xeberinfo.com":   Məlumata görə, modern.az xəbər verir ki, bu iddia ilə Ermənistanın “Aykakan Jamanak” qəzeti çıxış edib. Qəzetin iddiasına görə, KTMT-ın baş katibinin müavini Valeri Semerikovun “Biizm təşkilat yalnız KTMT-a üzv ölkələrin ərazisində deyil, ondan kənarda da sülhməramlı missiya gerçəkləşdirə bilər” açıqlaması ilə bu fikrə əsas verib.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı qüvvələri, daha doğrusu, Rusiyanın KTMT mandatı altında istifadə edəcəyi ordusu regionda yalnız Dağlıq Qarabağda yerləşdirilə bilər. 
Rusiya Azərbaycan-Ermənistan münaqişəsi zonasında öz sülhməramlılarını yerləşdirməyə çox maraqlıdır və sülhməramlı qüvvələr adı ilə öz məramını gerçəkləşdirməsi problem deyil.

Amerikalı həmsədr Ceyms Uorlikin həmsədr ölkələr – ABŞ, Fransa və Rusiyanın münaqişə bölgəsində sülhməramlılardan istifadə etmək hüququnun olmadığını deməsindən sonra Rusiya öz niyyətlərini gerçəkləşdirmək üçün başqa plan axtarır.

Bu plan isə KTMT pərdəsi altında bölgəyə qoşun yeritməkdən ibarətdir. Bir tərəfdən KTMT-ı Rusiyadan savayı 5 ölkədən ibarətdir, digər tərəfdən isə sülhməramlı kontingentə məhz Rusiya Federasiyası rəhbərlik edəcək”, - “Aykakan Jamanak” yazır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam