Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Bölgəyə sülhməramlı qüvvələr yeritmək lazım olacaq…”

 

“Təhlükəsizlik təminatı Qarabağ nizamlanmasının elementi olmalıdır. Buraya beynəlxalq sülhməramlı qüvvələrin yeridilməsi məsələsi daxildir”.
"Xeberinfo.com":   APA-nın məlumatına görə, bunu “Vedomosti”yə müsahibəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
“Torpaqlar qaytarılarsa, Dağlıq Qarabağın təhlükəsizliyini təmin etmək üçün bölgəyə beynəlxalq sülhməramlı qüvvələri yeritmək lazım olacaq”, – deyə o vurğulayıb.
Hələlik sülhməramlı qüvvələrin formalaşdırılması mərhələsinə gəlinmədiyini deyən həmsədr sülhməramlı kontingentin ATƏT, yaxud BMT himayəsi altında olacağını münaqişə tərəflərinin müəyyənləşdirəcəyini və bunun müzakirə predmeti olacağını bildirib.
Nizamlanma prosesinin prinsip və elementlərinə gəldikdə isə C. Uorlik bildirib ki, onların əksəriyyəti danışıqların Rusiyanın sabiq prezidenti Dmitri Medvedevin himayəsi altında aparıldığı dönəmdə müəyyən edilib: “Söhbət o vaxt görülən işin davamından gedir. Biz yeni məsələləri və yeni yanaşmaları icad etməyə çalışmırıq. Diskussiyanı o vaxt əldə olunanların əsasında davam etdirməyə çalışırıq. Bura bir sıra vacib məsələlər daxildir. Onların arasında Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması, Dağlıq Qarabağın statusu, qaçqınlarla bağlı durum və təhlükəsizlik təminatı kimi məsələlər var. Biz bu məsələləri kompleks şəkildə nəzərdən keçiririk”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam