Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bloomberg: ABŞ Rusiya, İran, Çin və Şimali Koreya arasındakı əlaqələrin güclənməsindən narahatdır

ABŞ Rusiya, İran, Çin və Şimali Koreya arasındakı əlaqələrin dərinləşməsindən narahatdır.

Yenixeber.org xəbər verir ki, Vaşinqton və onun müttəfiqləri bu ölkələrin sərt Qərb sanksiyalarına baxmayaraq, dünya arenasında Amerika dominantlığına meydan oxumaq üçün qarşılıqlı əlaqələrini artırdıqları "sürət və intensivlikdən" narahatdırlar.

"ABŞ-nin təsiri zəifləyir və çox sürətlə zəifləyir. Artan güclər çoxtərəfli məkanda özlərini göstərmək istəyirlər”, – agentliyə Kenyanın BMT-dəki keçmiş daimi nümayəndəsi, Nyu-York Universitetinin Beynəlxalq Əməkdaşlıq Mərkəzinin rəhbəri Martin Kimani bildirib.

“Bloomberg” ABŞ-nin mövqelərinin zəifləməsinə nümunə olaraq göstərir ki, Vaşinqton İsraili radikal Fələstin hərəkatı HƏMAS ilə atəşkəs sazişi bağlamağa inandıra bilmir və ABŞ-nin başçılıq etdiyi koalisiya Yəmənin üsyançı "Ənsar Allah" (husilər) hərəkatını Qırmızı dənizdə ticarət gəmilərinə hücumları dayandırmağa məcbur edə bilməyib. Afrikada isə amerikalılar öz bazalarından çıxarılıblar, çünki Çin və Rusiya öz təsirlərini artırırlar.(Bloomberg)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam