Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Səudiyyə Ərəbistanı diplomatlarını İrandan çıxarır

 

Səudiyyə Ərəbistanı Tehrandakı səfirliyinə hücumdan sonra diplomatlarını İrandan təxliyyə etməyə başlayıb.

Xeberinfo.com:   Bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

Qeyd olunur ki, diplomatlar artıq Dubaya yola salınır. İlkin məlumatlara görə, təqribən 50 əməkdaş təxliyyə olunub.

Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil əl-Cübeyr İranla diplomatik münasibətlərin dayandırıldığını və İran diplomatlarına ölkəni tərk etmək üçün 48 saat vaxt verildiyini bəyan edib.

İki ölkə arasında münasibətlər ərəb dövlətində şiə təriqətindən olan alim Nimr ən-Nimr də daxil olmaqla “terrorçuluq və ona təhrikçilikdə” ittiham olunan 47 nəfərin edam edilməsindən sonra gərginləşib.
Yanvarın 3-də İranda etirazçılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edərək binada yanğın törədiblər, həmçinin səfirliyin daxili müəssisəsini dağıdıblar. Hücumdan sonra polis 40 nəfəri saxlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam