Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İraq Ramazan bayramını keçirməkdən imtina etdi

ramazan111111

Ötən gün Bağdadda 204 nəfərin ölümü ilə nəticələnən terror hadisəsinə görə İraqda Ramazan bayramı qeyd olunmayacaq.

Xeberinfo.com:   Anadolu xəbər agentliyini məlumat verir ki, bu barədə ölkə başçısı Fuad Məsum bildirib.

“Terrorçu dəstələr mülki vətəndaşlarımızı hədəf götürməklə xalqımıza qarşı kinini bir daha göstərdi. Builki mübarək Ramazan bayramında şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq xalqı təbrik etməyəcəyik”, – deyə İraq Prezidenti vurğulayıb.

Terror hadisələrini əngəlləmək üçün təhlükəsizlik qüvvələrinin böyük tədbirlər almasını istəyən Prezident parlamentin bayram sonrası işə başlamasını bildirib.

Qeyd edək ki, Bağdadın mərkəzindəki Karrada qəsəbəsində baş vermiş terror nəticəsində ölkədə üç günlük matəm elan olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam