Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ərdoğandan növbəti bəyanat: “ABŞ-da ölüm cəzası yoxdurmu? Çində yoxdurmu?”

erdogan-1

 

“Çərşənbə günü Milli Təhlükəsizlik Şurası və Nazirlər Kabineti  toplanacaq, önəmli qərarlar açıqlanacaq”.

Xeberinfo.com:    Məlumata görə,  bu barədə “Anadolu” agentliyi  xəbər yayıb.

Xəbərdə qeyd olunur ki,  Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan  İstanbulda vətəndaşlar qarşısında çıxış edərkən daha sonra  bildirib ki, yaxın günlərdə ölkənin Ədliyyə  Nazirliyi müvafiq sənədləri hazırlayaraq Fətullah Gülənin ekstradisiyası ilə bağlı ABŞ-a rəsmi müraciət edəcək.

Ölüm cəzasının bərpası ilə bağlı Ərdoğan deyib ki, xalq tərəfindən belə bir tələb irəli sürülübsə o zaman məsələyə parlamentdə baxılmalıdır:

“Parlament edam qərarını qəbul etsə, mən onu təsdiq edəcəm. ABŞ-da ölüm cəzası yoxdurmu? Çində yoxdurmu?  Ölüm cəzası yalnız Avropa İttifaqına üzv ölkələrdə yoxdur. Biz buna bir imza atdıq, doğrudur. Lakin bu imza necə atılıbsa, eləcə də geri götürülə bilər. Yetər ki parlamentimiz qərar versin”- deyə, Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyədə bu ilin 15 iyulunda hərbi çevrilişə cəhd olub. Cəhdin qarşısını almaq üçün meydanlarda toplaşanlar qiyamçıların cəzalandırılması üçün ölüm cəzasının bərpasını tələb edən şüarlar səsləndiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam