Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Sanksiyalar maliyyə və energetika sektorlarını əhatə edəcək -ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar

MakkeynBir qrup ABŞ senatorunun Rusiyaya qarşı hazırladıqları sanksiyalar maliyyə və energetika sektorlarını əhatə edir.

Xeberinfo.com:   Bu barədə ABŞ-ın kütləvi informasiya vasitələri məlumat yayıb.

5 respublikaçı və 5 demokratın hazırladığı qanun layihəsi artıq Senata təqdim edilib.

Sənəddəmal göndərilməsi və xidmətdə daxil olmaqla, Rusiyanın karbohidrogen sektoruna 20 milyon dollardan artıq sərmayə qoyan hüquqi və fiziki şəxslərə qarşı sanksiya tətbiq edilməsi nəzərdə tutulur.

Həmçinin il ərzində Rusiyada boru-kəmər tikintisinə 5 milyon, o cümlədən mülki nüvə obyektlərinə 1 milyon dollardan artıq sərmayyə qoyan investorlara qarşı sanksiyalar tətbiq ediləcək.

Müəlliflər hesab edir ki, Rusiyaya aid borcların alış-verişi ilə məşğul olan, habelə Rusiya müəssisələrinə aid aktivləri alan şirkət və hüquqi şəxslər də sanksiyalara düşməlidir.

Sanksiyalar ABŞ şirkətləri və vətəndaşları ilə yanaşı, 3-cü ölkələri də əhatə edir.

Bundan əvvəl verilən məlumatlarda, yeni sanksiyaların Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsi ilə bağlı olduğu bildirilirdi.

Qanun layihəsini konqresin hər iki palatası qəbul etməli, sonra isə imzalanmaq üçün prezidentə göndərilməlidir.

Ağ ev hələlik qanun layihəsini şərh etməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam