Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

ABŞ Senatından Rusiyaya yeni sanksiya -Prezident seçkisinə təsir etdiyi üçün

 

Sanksiya

ABŞ Senatı 2016-cı ildə Amerikada keçirilmiş prezident seçkisinə qarışdığı əsası ilə Rusiyaya sanksiya tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini təsdiq edib.

Yenixeber.org:   Senatın Baş Məclisində 2 xeyr səsinə qarşı 97 bəli səsilə keçən qanun layihəsinin hazırda senatda müzakirəsi davam etdirilən və təsdiq olunacağı gözlənilən İrana sanksiya qanununa əlavə olunacağı bildirilir.

 Senatın Xarici Əlaqələr Komitəsindən verilmiş yazılı açıqlamaya görə, sözügedən layihə, Rusiyaya qarşı ABŞ-da prezident seçkisinə təsir etdiyi üçün sanksiyalar tətbiq edilməsilə yanaşı, Ukraynanın ərazi bütövlüyünü təhdid etməsi, Krımı ilhaq etməsi və Suriyadakı fəaliyyətlərinə qarşı hazırkı sanksiyaları da genişləndirəcək.

Layihə həmçinin tətbiq edilən sanksiyaların qaldırılmasını və ya yüngülləşdirilməsi kimi halların Konqresin araşdırmasına verilməsini nəzərdə tutur.

Komitənin bəyanatında həmçinin bu ifadələrə yer verilib: “(Layihə çərçivəsində) Korrupsiya edən Rusiya rəsmilərinə, sanksiyalardan qaçanlara, ciddi insan haqları pozunlara qarışanlara, Əsəd rejiminə silah dəstəyi verənlərə, Rusiya hökuməti adından pis kiber fəaliyyəti göstərənlərə, dövlət resurslarını korrupsiyaya ilə ələ keçirənlərə və Rusiyanın müdafiə və xüsusi xidmət orqanları ilə əməkdaşlıq edənlərə yeni sanksiyalar tətbiq ediləcək”.

Layihənin Rusiya iqtisadiyyatında mədən, metal, nəqliyyat və dəmir yolu sektorlarına mənfi təsir göstərəcəyi ifadə edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam