Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Müxalifətçi deputatlar “Yeni SSRİ” əleyhinə səs verəcəklər

 

ermənistan

    Ermənistan parlamentinin müxalifətçi deputatları Avrasiya İqtisadi Birliyinə qoşulmaq haqqında müqavilənin ratifikasiyasının əleyhinə səs verəcəklərini bildiriblər.

    "Xeberinfo.com": APA-nın “168 jam”a istinadən verdiyi məlumata görə, Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulması haqda müqavilə hələ Konstitusiya Məhkəməsinə daxil olmayıb. Sənədin ratifikasiyası hələlik parlamentin gündəliyinə də salınmayıb. Lakin erməni deputatları bu məsələyə dair aktiv müzakirələrə qoşulublar.

“İrs” Partiyasının parlament fraksiyası – sabiq xarici işlər naziri Aleksandr Arzumanyan, Zarui Postancyan və Tevan Poqosyan, eləcə də fraksiyanı tərk edən Xaçatur Kokobelyan əleyhinə səs verəcəklərini bildiriblər. Erməni Milli Konqresinin üzvləri – deputatlar Hrant Baqratyan, Nikol Paşinyan və müstəqil deputat Edmon Marukyanın sənədin əleyhinə səs verəcəkləri gözlənilir.

Ermənistan mətbuatı ratifikasiyanın əleyhinə səs verəcək deputatların parlamentin tərkibinin 5 faizindən çox olmayacağını proqnozlaşdırır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam