Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

İələbələr də fəhlələrin etiraz aksiyasına qoşuldu -İranda

Tehran Universitetinin tələbələri etiraz aksiyası keçirib.

 

Yenixeber.org: Bu barədə həmkarlar təşkilatından məlumat verilib.

Tələbələr Şuş şəhərinin “Həft-e-Tape” şəkər zavodu fəhlələrinin yürüşünə dəstək veriblər.

Zavod fəhlələrinin etiraz aksiyası 15 gündür davam edir. Fəhlələr 4 aydır ödənilməyən əmək haqlarının verilməsi tələbilə aksiya keçirir. Müəssisə 2017-ci ildə rəmzi qiymətə özəlləşdirilib. Bir neçə ay əvvəl yeni sahibkar gizlənib.

Bu da fəhlələrin əmək haqlarının verilməməsinə səbəb olub. Noyabrın 18-də təhlükəsizlik xidmətinin əməkdaşları 19 nəfərdən çox aksiya iştirakçısını həbs edib. Aksiya iştirakçıları “Tirana ölüm!”, “Biz nə hədə, nə də həbsxanadan qorxmuruq!” kimi şüarlar irəli sürüblər. Bu şəkər zavodu İranın keçmiş sənaye müəssisələrindəndir.

Orada 5 600 nəfər işləyir. Hakimiyyət fəhlələrin etiraz aksiyası keçirdiklərini və 4 nəfərin həbs olunduğunu etiraf edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam