Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Fransada azərbaycanlı, gürcü və ermənilər saxlanıldı: 300 nəfərlik əməliyyat - VİDEO

Fransada azərbaycanlı, gürcü və ermənilər saxlanıldı: 300 nəfərlik əməliyyat - VİDEO

Fransa, Belçika və Gürcüstan hüquq-mühafizə orqanlarının 300-dən çox əməkdaşının birgə keçirdiyi əməliyyatlarda cinayətkar qruplaşma üzvü olan 22 nəfər saxlanılıb.

Yenixeber.org: “VORS 69-01” adı verilən əməliyyat Fransanın Lion şəhərində keçirilib. Saxlanılan cinayətkar dəstə üzvləri Azərbaycan, Gürcüstan və Ermənistan vətəndaşları olublar. 

Onlardan 10-u Gürcüstan vətəndaşıdır. Aralarında ikisi -  Mindiya Nijaradze və Revaz Seskuriya “qanuni oğru” statusu daşıyır. 

Dəstə üzvləri mənzil qarəti, avtomobil oğurluğu, saxta sənəd hazırlamaq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olublar. 

Evlərində axtarış zamanı zinət əşyaları, odlu silah, bahalı avtomobillər, külli miqdar pul vəsaiti, saxta sənədlər, metadon narkotik vasitəsi, həmçinin 1500 qutu siqaret aşkar edilib. 

Onları 15 ilə qədər həbs gözləyir. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam