Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Gürcüstan səfirliyindən qadağa

 

Xəbər verdiyimiz kimi, “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin Gürcüstana girişinə qadağa qoyulub.


"Xeberinfo.com": Bu barədə  açıqlama verən Z. Məmmədlinin sözlərinə görə, onun müavini Salman Murğuzova da eyni qadağa tətbiq edilib: “Gürcüstanın siyasi hakimiyyəti qeyri-sağlam mövqe sərgiləyərək, oktyabrın 19-dan mənim Gürcüstana girişimə yasaq qoyub. Bundan əvvəl isə müavinim Salman Murğuzov bu aqibəti yaşayıb. Bu anormal qərarla bağlı mən dekabrın 12-də mətbuat konfransı keçirəcəyəm”.



Xatırladaq ki, bundan əvvəl eyni qadağa Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağıya da qoyulub.



Məsələni Gürcüstanın Azərbaycandakı səfirliyindən dəqiqləşdirməyə çalışdıq. Səfirliyin mətbuat xidmətindən bildirilib ki, bu barədə səfirliyin heç bir məlumatı yoxdur: “Bu, birbaşa Gürcüstan Daxili İşlər Nazirliyinin səlahiyyətində olan məsələdir. Hansısa məlumatı əldə etmək istəyirsinizsə, səfirin adına yazılı surətdə müraciət göndərə bilərsiniz. Yalnız o zaman nəsə öyrənmək mümkündür”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam