Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Həsən Ruhani:"Tehran və Vaşinqton arasındakı problemlər strateji xarakter daşıyır"

Tehran və Vaşinqton arasındakı problemlər strateji xarakter daşıyır və dünya düzəninə fərqli baxışa əsaslanır.

Yenixeber.org: Bu barədə İran Prezidenti Həsən Ruhani İranın müdafiə sənayesi günü ilə bağlı çıxışı zamanı deyib.

"ABŞ-la aramızda olan problem iqtisadi və siyasi xarakteri olmayan bir problemdir. Problem strateji və dünyaya fərqli baxış üzərində qurulub", - deyə H.Ruhani bildirib.

İran Prezidenti ölkələrin bir-birinin hüquqlarına hörmət etməyəcəyi təqdirdə sülh və təhlükəsizliyin mümkün olmayacağını qeyd edib.

H.Ruhani gücə "məntiq" ilə reaksiya verməyin mümkünsüzlüyünü qeyd edərək, rasionallığa yalnız rasional olaraq, gücə güclə cavab verməyin lazım olduğunu deyib. İran Prezidenti hazırda ölkəsinin güclərini səfərbər etməli olduğu bir şəraitdə olduğunu əlavə edib.

H.Ruhani İranla ziddiyyətləri olan dövlətlərlə əməkdaşlıq etməyə və onların həlli üçün dialoq aparmağa hazır olduğunu vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam