Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Pentaqon son 25 ildə Avropada ən böyük qoşun dislokasiyasını elan edib- Yeni hərbi təlimlər olacaq

Pentaqon son 25 ildə Avropada ABŞ-ın ən böyük qoşun kontingentinin dislokasiyasını elan edib. Amerika hərbçiləri “Avropanın müdafiəçisi-2020” adlı çoxmillətli qoşun kontingentinin təlimlərində iştirak edəcəklər.

Yenixeber.org: Hərbi təlimlər 2020-ci ilin aprel-mayında keçiriləcək, hərbi personalın bu əraziyə hərəkəti isə fevral-iyul ayları üçün nəzərdə tutulub. Proqrama Birləşmiş Ştatlardan Avropaya 20 minlik hərbi personalın və texnikanın göndərilməsi daxildir. Təlimlərdə daha 17 min hərbi qulluqçu, o cümlədən Pentaqonun bölgədəki hərbi hissələri, NATO-ya üzv ölkələrin və ABŞ-ın Avropadakı digər tərəfdaşlarının qoşunları iştirak edəcəklər. Belə ki, 18 ölkədən olacaq hərbi kontingentlər Avropanın planlaşdırılmış 10 ölkəsində keçiriləcək təlimlərə qatılacaqlar.

Qeyd olunur ki, hərbi təlimlərin məqsədi Birləşmiş Ştatların və müttəfiqlərinin xaricdəki döyüş meydanında hərbi hissələri və texnikanı dislokasiya etmək üzrə qabiliyyətini yoxlamaqdır.

ABŞ-ın Avropadakı Quru Qoşunları Komandanlığının bəyanatında bildirilir ki, Pentaqon NATO-nun potensial rəqiblərin qarşısının alınması və hazırlıq mexanizmlərinin təkmilləşdirilməsi üzrə hədəflərini dəstəkləyir. “Avropanın müdafiəçisi–2020” ABŞ-ın bütün dünyada öz hərbi qüvvələrinin yerlərini dəyişmək kimi misli olmayan qabiliyyətini nümayiş etdirmək üçün yaxşı imkandır”, -deyə ABŞ ordusu qərargah rəisinin müavini, general-leytenant Çarlz Flinnin bəyanatında qeyd olunur(azərtac).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam