Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Tramp - Əfqanıstanda telefonsuz qalıb

Tramp Əfqanıstanda telefonsuz qalıb
ABŞ Prezidenti Donald Trampın Əfqanıstana səfəri zamanı üzərində mobil telefon olmayıb.
Yenixeber.org: Trampın tvitlərinin olmaması şübhə yaratmasın deyə, bir müddət onun əvəzindən köməkçiləri paylaşım ediblər.

Qeyd edək ki, bu həftənin əvvəlində Amerika liderinin Florida ştatına səfər edib, ailəsi ilə birlikdə orada Şükranlıq gününü qeyd edəcəyi və paytaxta yalnız bazar ertəsi qayıdacağı güman edilirdi. Lakin cümə axşamı Tramp əvvəlcədən elan olunmadan Əfqanıstana səfər edib.

Nəşrin yazdığına görə, Tramp gizli şəkildə - hərbi nəqliyyat təyyarəsində Vaşinqton yaxınlığındakı "Andrews" aviabazasına uçub. Oradan isə başqa bir təyyarə ilə Əfqanıstana yola düşüb.

Səfər ciddi məxfilik şəraitində keçib. Xüsusilə, prezidentlə birlikdə uçan hər kəsdən mobil telefon və siqnal yayan digər cihazlar götürülüb. Trampı səfərdə müşayiət edən jurnalistlərə Əfqanıstana çatana qədər hara uçmaları barədə məlumat verilməyib.

Xatırladaq ki, səfər zamanı Tramp əfqan həmkarı Əşrəf Qani ilə görüşüb, həmçinin Baqram bazasındakı amerikalı hərbçilərə baş çəkib, onları Şükranlıq günü münasibətilə təbrik edib. ABŞ prezidenti noyabrın 29-da Vaşinqtona qayıdıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam