Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Avropa İttifaqı ilə Rusiya münasibətləri getdikcə gərginləşir

 

Ukraynada rusiyapərəst döyüşçülərin hücumlarını artırması Avropa İttifaqı ilə Rusiya münasibətlərini daha da gərginləşdirib.
"Xeberinfo.com":  Məlumata görə, Ukrayna rəsmilərinin bildirir ki, liman şəhəri Mariupolda bazarın raket hücumuna məruz qalmasından sonra 30 nəfər həlak olub. Rəsmilər hücum zamanı 80 nəfərin yaralandığını bildirib.
Yaşayış massivindəki hücum Donetsk regionunun üsyançı liderinin artıq Kiyevlə sülh danışıqlarına gedilməyəcəyini bildirməsindən bir gün sonraya təsadüf edir.
Ukrayna prezidenti ərazilərinin müdafiə ediləcəyinə and içib. Səudiyyə kralı Abdullanın dəfn mərasiminə səfərini təxirə salan Petro Poroşenko Ukraynanın Təhlükəsizlik Şurası ilə təcili yığıncaq keçirib.
ABŞ prezidenti Rusiyanı yeni sanksiyaların tətbiqi ilə hədələyib. Hindistanda səfərdə olan Barak Obama deyib ki, Rusiyaya qarşı təzyiqlər artırılmalıdır. O, atəşkəsin pozulmasına görə narahatlığını ifadə edərək, Rusiyanın separatistləri dəstəkləməsini aqressiya kimi qiymətləndirib.
Ukraynanın dövlət başçısı ABŞ-ın vitse-prezidenti Co Baydenlə telefonla son hücumlar və zorakılıqları müzakirə edib. Ağ Evin bildirdiyinə görə, tərəflər Rusiyanın sentyabr ayında əldə edilən Minsk razılığına riayət etməməsinə təəssüflərini ifadə edib.
Avropa İttifaqının potasiya üzrə hazırkı prezidenti Latviya qurumun xarici işlər nazirləri ilə Ukraynadaklı vəziyyətə dair növbədənkənar toplantı çağırıb.  
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Federika Moqeriniyə telefon söhbəti zamanı deyib ki, Moskva Kiyevin atəşkəsin qüvvədə saxlanması üçün separatistlərlə müzakirə aparmasını istəyir ("Amerikanın səsi").

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam