Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

SƏNDƏN XƏBƏRSİZ..

 

"Xeberinfo.com":  

 

Üzürsən, sən məni yar bilə-bilə
Ağlayır könül də, bax çilə-çilə.
Gözüm də,kor oldu, nəm silə-silə
Yaşadım qəhrini, səndən xəbərsiz.

Boyalar önümdə bir rəssam kimi
Fırçamda həsrəti gör salam kimi.
Unutdun sevdamı bir kalam kimi
Yaşadım qəhrini, səndən xəbərsiz.

Dilində məhəbbət toxumu əkdin
Mən azın istədim, çoxunu əkdin.
Zamanın, kamansız oxunu əkdin,
Yaşadım qəhrini, səndən xəbərsiz.

Qəlbimi atmışam, tapsan viranə
Nə olsun bülbül də, gülə divanə.
Vəfasız, eşqinlə qal yana-yanə,
Yaşadım qəhrini, səndən xəbərsiz.

 

TƏRANƏ ŞƏMS.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam