Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bu dünya niyə daralıb...

Bir insan xisləti paslı möhürdür,
Dəmir tək qızdırıb döysəndə onu;-
Zəhmətin hədərdi, açılmaz olar.
Mən sizə ərz edim, gör nə töhürdür...
*****
O, qəlbin içində gör nələr yatır,
Yalanı, hiyləsi nəfəslər kəsər.
Yaralı ürəkdə çox kədər batır,
Önünə açılan qəfəslər kəsər...
*****
İnanıb iltifat etmək olarmı!?...
İstər bacın olsun, istər qardaşın.
Gecələr gözünə yuxu dolarmı?...
Min hiylə, nəfislə yonar başdaşın.
*****
Yox artıq inamım kimə, kimsəyə,
Çökmüşəm dünyama yalquzaq kimi.
Düşüncəm üzümə kaş gülümsəyə,
Qalmışam özümdən çox uzaq kimi...
*****
Özümün, özümə bir sualı var,
Görəsən, bu dünya niyə yaranıb?...
Bihudə könlümün gör nə halı var,
Ümmansız bu dünya, niyə daralıb???...
          Təranə Şəms:18.2021


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam