Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Niyə danmadın

 

Bu qələm deyir ki, elin, xalqınam,
Yazıram dərdləri, yaman dalğınam,
Daşaram çay kimi,  dəli, çılğınam,
Bu hissi, duyğunu, niyə qanmadın?...
 
Görənlər görməli, yazan yazmalı,
Əkənlər əkməli, qazan qazmalı,
Düzülən misranı yozan, yozmalı,
Qorunu üflədim, niyə yanmadın?...
 
Səsimə səs qat  ki, səsim ucalsın,
Axma sən ey zaman, vaxtım daralsın,
Çalışma ey fələk,  ömrüm qaralsın,
Qan içən həyatsa, niyə anmadın?...
 
İlhamı alıram dərdi-sərimdən,
Rəssamam, söz edim dərd əsərimdən.
Baxdıqca sabaha bu səhərimdən,
Sözümə şəkk edib niyə xamladın?...
 
Bilirsən, yazıram, haqqın səsiyəm,
Kimsəsiz hər kəsin, bir kimsəsiyəm,
Özüm də bilmirəm kiməm, nəçiyəm,
Sözü sözlə dedim, niyə sanmadın?...
 
Bilənlər bilir ki, bu söz mənimdir,
Qəlbimdə alışan bu köz mənimdir,
Zamanla çırpışan bu öz “Mənim”dir,
Şairsən yolun bu, niyə danmadın?...
 
Təranə Şəms.30.05.2018

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam