Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

O ildən bu ilə zəncir bağlanıb

 


Aha...?
Dəyişən il imiş, dərd ki, qəmişdi,
Həyat davam edir gözəldən, gözəl.
Torpaq qurudursa, hava nəmişdi,
Baxıram insana, göz, əldən gözəl...
*****
Ağılda, zəkada əgər səninsə,
Bəs niyə tərs gedir əməlin kimi.
Dünyanın malını deyir, mənimsə,
Canlanar gözümdə təməlim kimi.
*****
O, ildən bu ilə zəncir bağlanıb,
Getsədə qalıbdır  pis təməlləri.
Bilmirəm, nədənsə üzlər aldanıb,
Yenidən qaytara pis əməlləri...
*****
Məzlumdan soruşsaq dövrü, zamanı,
Deyəcək, neyləyim kasıb doğuldum.
Zaman dayanmır ki, tutum samanı;
Havasız havadan yenə boğuldum.
*****
Görəsən, yeni il nələr vəd edir,
Qazpulu, supulu hətta işıqda...
Bir baxın kasıblar nəyi dərd edir,
İşlədək yenidən " nöyüt" spiçka...
*****
İsinək odunla, " qaz" qaza gəlsin,
O hisli lampalar yansın gecələr.
Köhnəlik dəyişmir az qala gəlsin,
Dedim ki, xoş olsun saz, saza gəlsin..

 

Təranə Şəms. 02.01.2022


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam