Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Tanı sən ölümü," ölüm" anidir

 

 

Ehtiyac insanı üzsüz eyləyər, 
Əl açar kiməsə için tanımaz.
İnsanı şit edib duzsüz eyləyər,
Yalvaran birisi, qapı sanamaz.
*****
Ümidlə, gümanla gəzər qapılar,
Birinə yalvarar anam xəstədir.
Bəzəndə qapıda itlər mırıldar,
Digəri söyləyər, balam xəstədir.
*****
Kasıb var, çörəyi yavan çeynəyir,
Boğazı cırılar, udar loxmanı.
Bu varlı cənablar görən,  bilməyir?
Bəs necə yeyirlər yağlı loxmanı?!..
*****
Bu nə dövrandı, nə zəmanədir?...
Acları toxlara möhtac eyləyir.
Yazıram ürəyim  bax viranədir,
Niyə  varlı insan, baxıb ölməyir?...
*****
İstər villan olsun, istər sarayın,
Torpağa gömülən əliboş gedər.
Çığırıb, bağırsan olsa harayın,
Kasıba düz baxan, könlü xoş gedər..
*****
Yığdığın var- dövlət nəyə gərəkdir,
Saxlaya bilməzsən dünya fanidir.
Etdiyin düz əməl süzən ələkdir,
Tanı sən  ölümü, " ölüm" anidir...
Təranə Şəms

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam