Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Təranə Şəms"Əlvida Anam"

 

"Əlvida Anam"

Yenixeber.org: Təranə Şəmsin yeni "Əlvida Anam" şeirini xuculara təqdim edirik:

 

Gözlərim hər yerdə axtarır səni,

Boynuna sarılıb ağlamaq üçün.

O qara örpəyi sən verdin mənə,

Ağaran başıma bağlamaq üçün.

 

Dilimin yanğısı canımsan Ana,

Nəfəsin gülətri bağımsan Ana.

Qoxunu burnumda qoyub getmisən,

Könlümü yandıran dağımsan Ana!

 

Deyirlər sevənlər vəfasız olur,

Sən necə vəfasız oldun balana?

Əlini, əlimdən üzüb getmisən,

Nədən axı zülm etdin sənə yanana???...

 

Ay Ana, yanımda olsaydın kaşki,

Başımı qoysaydım dizlərin üstə.

O qəmli gözündən doysaydım kaşki,

Qarşında çökərdim dizlərim üstə.

 

Vəfasız sən deyil, dünyadır Ana,

Hər kəsi əliboş yanda saxlayır.

Bu dünya fanidir, xülyadır Ana,

Ölümü qaşaltda, anda saxlayır.

 

Dünyaya gələnin vaxtı bilinmir,

Bilinmir vədəsi taxtı bilinmir,

Alnına yazılan baxtı bilinmir,

Analar, əlvida, Anam əlvida!!!...

 

Təranə Şəms. 08.10. 2019

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam