Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Sözümlə özümə höpmuş kimiyəm

 


Qəlbimdir qaralan yaz buludu tək,
Kükrəyən  könlümdə haya qarışır...
Üzülmüş  ürəyin bir ümidi tək,
Körüyü basılır  yelə alışır...
*****
Nədənsə könlümdən ağlamaq keçir,
Nə yaman çətindi alışıb coşmaq?
Çığırım, bağırım məcnun olum mən...
Divanə səhranı dolanmaq keçir...
*****
Qaysaqlı ürəyin yarası qopmuş,
Ağrısı könlümü kaman tək çalır.
Yaranın qoxusu canıma hopmuş,
Tələsən zamansa mənə əl çalır.
*****
Titrəyir vicudum körpə uşaq tək,
Olaydı qarşımda ana qucağı.
Ayları ötürdüm illər uzandı,
Mən niyə seçirdim küncü, bucağı?
*****
Bilmirəm, ruhumda nədir bu təlaş,
Sanki, öz içimdən qopmuş kimiyəm.
Qoparım bu köksü götür, apar as!...
Sözümlə özümə höpmüş kimiyəm...
Təranə Şəms.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam