Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Ukrayna prezidentini Nə Tramp, nə Mask, nə də başqa biri seçə bilər"

Zelenski: Ukrayna prezidentini Nə Tramp, nə Mask, nə də başqa biri seçə bilər
Ukrayna prezidenti Volodimir Zelenski istefa vermək niyyətində olmadığını bildirərək müharibəni öz məsuliyyəti hesab etdiyini deyib.

Yenixeberorg.az: Zelenski bu barədə britaniyalı jurnalist Pirs Morqanla müsahibəsi zamanı danışıb.

“Dünyada nə Donald Tramp, nə İlon Mask, nə də başqa biri Ukrayna prezidentini seçə bilər. Bunu yalnız Ukrayna vətəndaşları edə bilər”, - Zelenski vurğulayıb.

Prezident döyüş əməliyyatları başa çatana qədər seçkilərin keçirilməsini istisna edib. Könüllü şəkildə istefaya getmək ehtimalı ilə bağlı suala cavabında “Əlbəttə, yox. Bu, mənim məsuliyyətimdir”, – deyə bildirib.

Zelenskinin sözlərinə görə, bəzi nüfuzlu şəxslər onu vəzifədən uzaqlaşdırmaq istəyirlər, çünki o, Ukrayna torpaqlarını Rusiya ərazisi kimi heç vaxt tanımayacaq.

“Əgər məni hakimiyyətdən uzaqlaşdırsalar, əminəm ki, yeni lider – kişi və ya qadın – ölkəmizi müdafiə edəcək. Çünki bu, bizim evimizdir”, - Ukrayna lideri əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam