Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

İLK MƏHƏBBƏTİM..

SEVƏK EŞQİMİZİ


"Xeberinfo.com":  (ilk sevgisi daşa dəyənlərin dilindən)

Söyləmə vəfasız oldun ibrətim,
Sözümdə yalanım, ilk həqiqətim,
Açılan gözlərim, ilk bəsirətim,
Ömrümü səninlə, bölə bilmədim.
Ay mənim ağlayan, ilk məhəbbətim!

Bir ömür yaşatdım, acıdan- acı,
Könlünü yandırdı, acıdan, acı,
Dağ çəkdi sinənə, daddığın acı,
Ömrümü səninlə, bölə bilmədim.
Ay mənim, ağlayan ilk məhəbbətim!

Bir ürək ağlayır, göz gülə bilmir,
Mənim tək zalıma ,söz deyə bilmir,
Əhdimə, sözümə, döz deyə bilmir,
Ömrümü səninlə, bölə bilmədim.
Ay mənim ağlayan, ilk məhəbbətim!

Diriykən ölüydün, bilmədim sağsan,
Yarasan köksümə, basılan dağsan,
Gözümdə ucasan, zirvəli dağsan,
Ömrümü səninlə, bölə bilmədim.
Ay mənim ağlayan, ilk məhəbbətim!

Xəyalən düşünsəm, yenə də gəncsən,
Telimə qısqanan, həminki tərssən,
Ruhumun, xəyalı cansız nəfəssən,
Ömrümü səninlə, bölə bilmədim.
Ay mənim ağlayan, ilk məhəbbətim!

 

 

TƏRANƏ ŞƏMS.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam