Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Xalq yazıçısı nəhayət ki, üzr istədi

 

     "xeberinfo.com": Sabiq xalq yazıçısı Əkrəm Əylisli yazdığı və böyük qalmaqala səbəb olan “Daş yuxular” romanına görə Azərbaycan xalqından üzr istədi. Hətta əsərinin bədii cəhətdən zəif və bəsit olduğunu da etiraf eləyən Əkrəm Əylisli romanı yazarkən heç də sülhyaratma niyyəti daşımadığını, əksinə, topluma qarşı hikkəsini, aqressiyasını ifadə etdiyini boynuna alıb. Bütün bunlarla yanaşı, Nobel sülh mükafatına namizəd göstərilməyini də özü üçün ayıb hesab eləyib.
 
O, etiraf edib ki, dünya ədəbiyyatında ayrı-ayrı dinlərin və ayrı-ayrı xalqların müqayisə müstəvisinə gətirildiyi əsərlərdə xüsusi olaraq bir tərəfin alçaldıldığı hallar heç vaxt olmayıb. Bütün bu məqamlarda dünya yazıçıları, adətən, balansı qorumuşlar. O, bu fikirləri “Literaturnaya qazeta”ya verdiyi müsahibəsində bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam