Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

İbrahimbəyov və Əkrəm Əylisli kölgədə qaldı

 

 

 

"xeberinfo.com" “Məşhurların oxuduğu kitab” layihəsini davam etdirir. 


Layihənin budəfəki qonaqları olan siyasətçilər və sənət adamları son oxuduqları kitablarla bağlı təəssüratlarını bölüşüblər. 

“Bu roman məni yerimdən oynatdı” 

Rejissor Rövşən Almuradlı Məmməd İsmayılın “İz” romanını oxuduğunu bildirib. O, roman haqqında çox yüksək fikirdə olduğunu söyləyib: 
“Məmməd İsmayılın “İz” romanını 2 gün öncə oxudum. Möhtəşəm əsərdi... Söz tapa bilmirəm... “Ruhani” havası kimi ayağımı yerdən üzdü, aldı apardı məni. Hələ də o əsərin ruhu aləmindən çıxa bilmirəm... Alt qatını anlamaq üçün bir həftədən sonra bir daha oxuyacağam. Son bir ildə Rüstəm İbrahimbəyovun “Dalğaların nizamlanması”, Əkrəm Əylislinin “Möhtəsəm tıxac” əsərləri məni “İz” romanı kimi həyəcanlandırmamışdı. İsmayılın bu romanı məni yerimdən oynatdı”. 

“Qəribə millətin yazıçısı...”

İctimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzir isə hazırda bir neçə kitab oxuyur:

“Bəzən bir neçə kitabı eyni vaxtda oxuyuram. Hazırda Norveç yazıçısının "Sofının dünyası" kitabını, bundan başqa daha bir əsəri - Umberto Ekonun "Baudolına"nı oxuyuram. Bu qəribə millətin yazıçısı da millətin gələcəyi üçün yazır. Strateq kimi işləyir yazıçıları da”. 

Deputat rektorun kitabını oxuyur

  Milli Məclisin deputatı Rasim Musabəyov isə Kamal Abdullanın əsərlərini yüksək qiymətləndirir:

    “Kamal Abdullanın "Долина кудесников" adlı romanını oxumağa başlamışam. Ümumiyyətlə bu müəllifin əsərlərini yüksək qiymətləndirirəm”. 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam