Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Qələmi, şairi çağırmır daha

 

 

 

 

 

Can verən sözlərim yas tutub ağlar,

Kəlmələr düyülər dilimdə mənim.

Qəlbimə, konlümə daş tutub ağlar,

Alçalar misralar sözümdə mənim.

 

Ruhumun naləsi vərəqə höpub,

Hıçqırar, bağırar fəryad qoparar.

Kimsəsiz kəlməsi dilimdən qopub,

Görünər kölgə tək, min ad aparar.

 

Şairin başına bu an daş düşər,

Əlində qələmi  əsəndə görün.

Doluxan gözündən düşər, yaş düşər,

Ruhunun xəncəri kəsəndə görün.

 

Qələmin şairdən küsməsi olur,

Misralar, sətirlər yazılmır daha.

Kəlmənin uğursuz düşməsi olur,

Qələmi, şairi çağırmır daha.

 

O günün toyunu məndə çalıram,

Səsimin zilini kaman dəyişdi.

Başıma gələnə mətəl qalıram,

Ruhumun yolunu zaman dəyişdi.

Təranə Şəms.05.06.2017


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam