Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

NƏNƏM NƏVƏSİ

GƏL ZİLƏ BAS...


"Xeberinfo.com":  (qələm sındıran ədəbiyyat əhlinə həsr edirəm)

Ruhumda ilhamı, əldə qələmi,
Kəsdilər , sözümü pirdə ələmi.
Şairlər paxıldı, deməzdim axı,
Soruşum sizlərdən, görən beləmi?

Qərəzdi nə idi, deyə bilmədim,
Ruhumun donunu, geyə bilmədim.
Şairlər ütülü, yazsa da, hərdən, 
Nə idi paxıllıq, bilə bilmədim.

Dedilər yazma sən, ruhun dolaşıq,
Məclisə girərsən, bolluca aşıq.
Qələmin züy tutar, sözün azalar,
Sətirlər dolaşar, təbin qarışıq.

Sözümdə söz vurub, gendən baxdılar,
Öldürüb ruhumu,yana atdılar. 
Şairlər görəsən, beləmi olur?
Yerimi bilmədim, kimə satdılar.

Özünü öyənlər, təblər başqadır,
Qələmin varsa da, sanki baş qatır.
Hər kəsin öz sözü, təbi həvəsi,
Oxşayıb olmaz ki, nənəm nəvəsi.

TƏRANƏ ŞƏMS.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam