Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bir insan paxılsa...

 

 

 

Paxıl var, dərdindən özü anlamaz,

Gözünə görünər bir mələk kimi.

İşləri çevirər, kimsə danlamaz,

Yolunu daraldar bir fələk kimi..

 

Söz deməz, söz yeyər, özündən böyük,

Qəlbini versəndə kini azalmaz.

Etdiyi əməllər vədinə dönük,

Sözünü qəribsər, heç saya salmaz.

 

Qazdığı quylar məzara dönər,

İzini, tozunu basdırmaq üçün.

Qəlbinin xisləti azara dönər,

Kül atıb  gözünə azdırmaq üçün.

 

Bir insan paxılsa dərmanı olmaz,

Üz tutsa təbibibə sağalmaz qəti.

Bir quyu sususzsa su töksən dolmaz,

Quruyan bir bulaq çağlamaz qəti.

 

Paxılın qəlbində  şeytan oturub,

Cismində ruhunu oynatmaq üçün.

Əlində hər zaman qaytan oturub,

Səni əyri kəsib, düz atmaq üçün...

Təranə Şəms.14.03.2018


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam