Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Qiyamət qopar

 

Yenixeber.org:

 

Çarəsiz qalanda söz boğur məni,

Qəhərtək dövr edir damarımda qan.

Anam da çaşıbdı, tez doğub məni?...

Bilmədi yük idi bu canıma can?...

 

Göz yuma bilmirəm qaranlıqlara,

Fikrimin başında bir nida durur.

Yatan göz alışsa toranlıqlara,

Hər əqlin zəkası bir bina qurur.

 

Düşünən olubmu, görən mən kiməm,

Tamamı yarımçıq, natamam nədir?...

Özündən soruş ki, nəyə hakiməm,

Əllərim boşdusa, bəs xətam nədir?...

 

Maskalı kölgələr suya düşəndə,

Çağlayan çeşmələr durulmaz olar.

Arayıb eybini səf-səf düzəndə,

Düyünlər barmaqla vurulmaz olar.

 

Hər düyün açılmaz, dolaşıq düşsə,

Əlini tərpətsən üfunət qoxar.

Tarixə bir gediş, bir soraq etsək,

Millətin adına qiyamət qopar.

 

Təranə Şəms. 21.09. 2018


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam