Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Açar olma min qıfıla" - Təranə Şəms

 

Açar olma min qıfıla

Yenixeber.org: Təranə Şəms yeni şeirini təqdim edir:

 

Barmaqların bala batdı,

Sən yalamadın.

Tilovun da,  balıq tutdu,

Haqq sözümü bulamadın.

Çox çəkişdin bir can ilə,

Əzrayıl tək alamadın.

Bir sözümü yadda saxla!...

Açar olma min qıfıla,

Dirənmə ki, açar budur.

Haqq və salam davam edir,

Düşünmə ki, naçar budur.

Söz payım var haqqdan gəlir,

Gizlənirsən sözlərimdə,

Deyinmə ki, qaçar budur.

Ey... səbrim daral bir az,

Bir kilidə açar ol sən,

Deməsinlər haqqı udur.

Dildən-dilə düşsün sözüm,

Desinlər ki, yazar budur!...

Düşüncəm var irfanidir,

Uzaq görüb yaxın deyər.

Sizdə görün mən görəni,

Yalan, düzü çeynəməmiş...

Kiçik görüb, bütöv yeyər.

Məndə əgər yazaramsa,

Xırda-xırda yavaş-yavaş,

Oxlar qəlbə belə dəyər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam