Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Gəl onu gömmə - Təranə Şəms

Gəl onu gömmə

 

Yenixeber.org: Təranə Şəms yeni şeirini təqdim edir.

 

Həyatı fırlayan təkər olarsa,

Yol ölçsə geriyə hardan başlayar?...

Zəmisi, sünbüllü bəhər olarsa,

Mənimi qınayar, məni daşlayar?...

 

Bax mənə, uzanan ömür yollarım,

Vurduğun yaralar de, sağalarmı?...

Lap kiçik olanda sınan qollarım,

Sarımaq istəsən de, sarılarmı?...

 

Susuzdu səhrada ömür kərvanım,

Çatlayan dodağı cadar - cadardı.

 Çaşmasın gözlərin dəli sərvanım,

Qarşıda yolun var qabar-qabardı.

 

Ey ömür təkərim fırlanma bəsdir,

Həfəsim daralır demə yaxşı ol.

Büdrəyib yıxılan demə o kəsdir,

Vida et, yola sal, de ki, yaxşı yol!...

 

Həyat bir təkərdi fırlanıb ötər,

Yoluna davam et geriyə dönmə.

Buxovlu addımın izindən öpər,

O, sənə əmanət, gəl onu gömmə!...


Təranə Şəms


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam