Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Qara yaz dedim

 

 

Yolçuyam xəyala yenə yazıram,

Sökürəm qəlbimi al demək üçün.

Hazıram, gömməyə qəbir qazıram,

Sanma ki, yazıram qal demək üçün.

 

Titrəyən ürəyim, susan qəlbimdi,

Vəfasız birinə yanarmı könül?...

Mənə dözüm verən, yenə dərdimdi,

Dərd verən birini danarmı könül?...

 

Əhdinə dönüksə kimdən küsməli,

Xəyanət ovcunda bir içim sudur.

Mayaksız dənizdə nədən üzməli?...

Yatmışdım,ayıldım düz yolum budur.

 

Bu sevgi ucalıb, böyümədi heç,

Körpətək bələkdə səssiz ağladı.

Oxşanıb, nazlanıb öyülmədi heç,

Kimsəsiz, kimsəsiz kəssiz ağladı.

 

Yalvardım qəlbimə dərin qaz dedim,

Bu dadsız sevginin izi qalmasın.

“Vəfasız”,sözünü qara yaz dedim, 

Bir daha meylini  gülə salmasın.

 

Vəfasız, gülərək acıma gülə,

Çarəsiz özünsən dön özünə bax!...

Önümə aşiq tək  çıxandan bəri,

A zalım qoydun ki, gül üzüm gülə?!...

Təranə Şəms.29. 03.2019

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam