Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Düşmən rəqs edir-Təranə Şəms

 

Ocağım başında düşmən rəqs edir,

Bəs niyə cəbhəyə kasıblar gedir?

Verdiyim suala cavab verimmi?

Çünki bu Vətəni kasıblar sevir.

 

Siyasət savaşa yalan don biçib,

Aynada özünə baxıb yan keçir.

Küllənmiş gözlər də, sözdən söz seçib,

Biçimsiz zəmidən, ot-ələf biçir.

 

Nə edək düşmənin xodu azalsın,

Bəs niyə «paşinyan» ələ saz alsın.

Oyunlar bitməmiş vəzir şah olur,

Nefti bizdən soran düşmən qaz alsın?!...

 

Savaşdan gizlənir məmur balası,

Dəyişə bilməz ki, onun havası.

Onlar anlamaz ki, VƏTƏN sözündən,

Lağ edib deyər ki,  alə harası?!...

 

Biz lider etmişik ağıldan kəmi,

Müxalif meydanlar qanmaz əlində.

Görəsən, biz kimik anlayan desin,

Sükanı buraxsaq batacaq gəmi.

 

 

Vətənə sipərdi igid oğullar,

Hər biri dayanıb əmrə müntəzir.

Gözlərdən yayınan harın oğrular,

O, cəsus nazirlər hara tələsir?

 

Şəhidim can dağım ağlama Vətən,

Doğulan oğullar bitməz, tükənmz.

Körpəcə cavanlar geysə də kəfən,

Erməni «soysuza» əsla enənməz!!!!...

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam