Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Düşmən Azərbaycanı Ermənistandakı bu nöqtələrdən vurur -XƏRİTƏ


“Ermənistanın son hücumları kütləvi insan fəlakətinə səbəb ola biləcək haldır. Eyni zamanda Cenevre Konvensiyasına ziddir. Ermənistan bunu etməklə təxribat yaratmaq və üçüncü tərəfləri məsələyə cəlb etməyə çalışır”.

Yenixeber.org: Bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev öz "Twitter" hesabında yazıb. 

O, paylaşımına infoqrafika da əlavə edib. Həmin xəritə tipli infoqrafikada düşmənin Azərbaycana atdığı raketlərin Ermənistanın öz ərazisindən tuşlandığı göstərilir.

Ermənilər müxtəlif istinad nöqtələri ilə Gorus və Vardenis rayonlarından Azərbaycanın 6 mülki ərazisinə raket hücumları təşkil edib. Belə ki, Vardenisdən Xızı, Abşeron, Mingəçevir, Gəncə, Gorusdan isə Tərtər və Beyləqan atəşə tutulur. 

Qeyd edək ki, Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də tvitterdə sözügedən paylaşımı retvit edib. 

Xatırladaq ki, H. Hacıyev ötən gün keçirdiyi brifinqdə Azərbaycanın peyk texnologiyası vasitəsilə atəşlərin trayektoriyalarını müəyyənləşdirərək Beynəlxalq İctimaiyyətə çatdırılacağını bildirmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam