Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Gözlənilən xəbər gəldi: Laçın dəhlizi bağlandı - Erməni mediası

 

               

                     İşğal edilən Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizi bağlanıb.

Yenixeber.org: Bu barədə məlumatı Ermənistan mediası yayıb.

İnformasiya qondarma rejim tərəfindən verilib.

Keçmiş Dağlıq Qarabağın xaricində olan və 1992-ci ildə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Laçın bölgəsinin bir hissəsi olan Laçın dəhlizi, erməni əhalisinin Qarabağdan Ermənistana kütləvi qaçışı səbəbindən bağlana bilər.

Bir gün əvvəl separatçıların “lideri” Arayik Arutyunyan məmurların Qarabağdan Ermənistana kütləvi şəkildə köçməsi anonsunu verib.

İkinci Qarabağ müharibəsinin əvvəllərində Ermənistan Qarabağdan işğal altındakı Kəlbəcər bölgəsindən keçən ikinci yolu da bağlayıb.

Haşiyə: Bu informasiyadan görünür ki, dəhlizi ermənilər deyil, Azərbaycan Ordusu bağlayıb və artıq bu yola nəzarət edir. Kəlbəcərdən Basarkeçərə gedən yol da hərbçilərimiz tərəfindən bağlanıb. Düşmən isə bunu öz istəkləri ilə etdiklərini tirajlayırlar. Və nəhayət, ermənilərin dəhlizi bağlaması ağlabatan deyil, çünki bu yolla Ermənistan Qarabağa silah-sursat daşıyır, yaralıları və cəsədləri isə geri Gorusa göndərir.(konkret)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam